BDU professoru dələduzluqla üzləşdi...

BDU professoru dələduzluqla üzləşdi...

Hazırda oxunan: BDU professoru dələduzluqla üzləşdi...

48863

Moderator.az xəbər verir ki, Bakı Dövlət Universitetinin “Dünya Ədəbiyyatı” kafedrasının professoru dələduzluqla üzləşib. Belə ki, professor Əmirxan Xəlilov bir neçə aylıq maaş və məzuniyyətini bankomatdan çıxarmaq istəyən zaman bəlli olub ki, ona məxsus Beynəlxalq Bankın kartındakı pulu kimsə ondan qabaq həzm-rabedən keçirib. Əli yerdən-göydən üzülən professora BDU rəhbərliyi də kömək edə bilməyib və ona sənəd təqdim ediblər ki, filan qədər pul sənin kartına yüklənib, ondan sonrası bizlik deyil. Bunu görən qocaman professor da Daxili İşlər Nazirliyinə üz tutaraq kömək istəyib. Elə təsadüfən orada olan Moderator.az-ın əməkdaşı da olayı professordan öyrənib və tapılacağı barədə ona ürək-dirək verib, məsələni ictimai nəzarətdə saxlayacağımızı bildirib...

Ümid edirik ki, hörmətli DİN rəhbərliyi professorun halal məvacibinə göz dikənlərin kimliyini tapacaq və bu pula haram baxan gözləri qanunun sərt üzü ilə “kor” edəcək...


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO