Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA

Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA

Hazırda oxunan: Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA

47605

Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, noyabrın 25-i saat 11:00 məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağıb, şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.

Düşən yağıntının miqdarı: Astarada 27.0 mm, Lənkəranda 22.0 mm, Qəbələdə 17.0 mm, Göygöldə 9.0 mm, Daşkəsəndə 8.0 mm, Bakıda və Abşeron yarımadasında: Maştağada 5.0 mm, Bakı, Pirallahıda 0.0 mm olub.

Qar örtüyünün hündürlüyü: Xınalıq, Daşkəsəndə 5 sm, Qrızda 4 sm, Göygöl, Altıağacda 2 sm, Qusar, Xaltan, Ləzə, Şahdağda 1 sm olub.

Külək: Şimal-qərb küləyi arabir Neftçalada 24 m/s, Salyan, Naftalanda 22 m/s, Tovuz, Daşkəsəndə 20 m/s, Ələt, Bakıda 22 m/s, Pirallahıda 21 m/s, Çilov adasında 20 m/s, Sumqayıtda 18 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.2 metrə çatıb.

Havanın minimal temperaturu: Bakıda və Abşeron yarımadasında 6°-dək isti, aran rayonlarında 6-10° isti, dağlıq rayonlarda 8°-dək şaxta, Naxçıvan MR-da 0-5° isti olub.

Qeyd edək ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti noyabrın 27-dək davam edəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO