Onlayn narkotik satan dəstəyə hökm oxundu

Onlayn narkotik satan dəstəyə hökm oxundu

Hazırda oxunan: Onlayn narkotik satan dəstəyə hökm oxundu

42707

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik vasitə əldə etmə və satmaqda ittiham olunan Fərid Rəhimov, Xətai Əlizadə və Tərlan Əhədovun cinayət işi üzrə məhəkəmə araşdırması başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən, Fərid Rəhimov 13 il, Xətai Əlizadə 13 il, Tərlan Əhədov isə 14 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, adı çəkilən şəxslər Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Onlar İrandan Azərbaycana gətirilən narkotik vasitələrin satışını onlayn şəkildə həyata keçirirmişlər. Saxlanılan şəxslərdən ümumilikdə 10 kiloqrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO