Düşmənlə əlbəyaxa döyüşən şəhid Şıxəliyev - VİDEO

Düşmənlə əlbəyaxa döyüşən şəhid Şıxəliyev - VİDEO

Hazırda oxunan: Düşmənlə əlbəyaxa döyüşən şəhid Şıxəliyev - VİDEO

4084

Vətən müharibəsi zamanı xüsusi döyüş şücaəti göstərən hərbçilərimizdən biri də Xüsusi Təyinatlı Qüvvələrin giziri şəhid Mehdi Şıxəliyevdir.

Mehdi Şıxəliyev Qarabağ müharibəsi zamanı ön cəbhədə döyüşərək düşmənin xeyli tankını, zirehli maşınını, 70-dən çox canlı qüvvəsini məhv edib.

Onun döyüş yolu Şuşaya qədər uzanıb. Mehdi Şuşada əlbəyaxa döyüşlər zamanı bir neçə erməni hərbçisini məhv edib və qəhrəmancasına şəhid olub.

Bizim.Media xəbər verir ki, Şıxəliyev Mehdi Yalçın oğlu 1996-cı il fevralın 16-da Hacıqabul rayonunda anadan olub. O, 2014-cü ildə həqiqi hərbi xidmətə çağırılıb. Daha sonra Xüsusi Təyinatlı Qüvvələrin hərbçisi olub. 2016-cı ildə Aprel döyüşlərində iştirak edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO