Bu sahədə çalışan işçilərə maaşdan ƏLAVƏ PUL VERİLƏCƏK

Bu sahədə çalışan işçilərə maaşdan ƏLAVƏ PUL VERİLƏCƏK

Hazırda oxunan: Bu sahədə çalışan işçilərə maaşdan ƏLAVƏ PUL VERİLƏCƏK

40800

Qida təhlükəsizliyi sahəsində çalışan işçilərə maaşdan əlavə pul veriləcək.

Bizim.Media xəbər verir ki, "Qida təhlükəsizliyi haqqında" yeni hazırlanan qanun layihəsində bu sahədə çalışan işçilərin sosial müdafiəsinin gücləndirilməsi nəzərdə tutulur.
 

MÖVZU İLƏ BAĞLI:

Maaş və pensiyalar neçə milyard olub? – RƏSMİ


Belə ki, yeni qanun layihəsinin 39-cu maddəsində qeyd olunur ki, bu Qanunun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tətbiq edilən cərimələrdən və bu Qanuna əsasən tutulan dövlət rüsumlarından toplanan vəsaitin 50 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına köçürülür.

Qanun layihəsinin Milli Məclisin payız sessiyası çərçivəsində müzakirə edilməsi nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO