MTN generalına qarşı 800 minlik iddia qaldırıldı - DETALLAR 

MTN generalına qarşı 800 minlik iddia qaldırıldı - DETALLAR 

Hazırda oxunan: MTN generalına qarşı 800 minlik iddia qaldırıldı - DETALLAR 

38319

Azərbaycanın ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi general Şirinov Nizami Talış oğlu və qurumun tərkibində olan idarələrin rəisləri işləmiş Elcan AbdullayevElman Tahirov, əməliyyat müvəkkili işləmiş Nadir Nəzirovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb. 

Bizim.Media-nın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə elan olunub ki, zərərçəkmiş Mirzəli Yusifov mülki iddia qaldırıb. O, təqsirləndirilən şəxslərdən 315 min ABŞ dolları (535 500 manat) maddi ziyanın, 300 min manat isə mənəvi ziyanın ödənilməsini tələb edib.
 

MÖVZU İLƏ BAĞLI:

MTN generalı şantajla bu şəxslərdən rüşvət alıb - ADLAR


Daha sonra N.Şirinovun vəkili vasətətlə çıxış edib. O, müdafiə etdiyi şəxsin barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını xahiş edib.

Dövlət ittihamçısı isə vəsatətin qəbul edilməməsini istəyib. Prokurorun sözlərinə görə, istintaq zamanı əldə edilən materiallar ona dəlalət edir ki, N.Şirinovun ev dustaqlığına ehtiyac yoxdu:

“Səhhəti ilə bağlı da təyin edilmiş ekspert qrupunun rəyinə əsasən, onun təcridxanada cəzasını çəkməsində heç bir problem yoxdu”.

Məhkəmə vəsatəti təmin etməyib. Növbəti baxış iclası oktabrın 7-nə təyin olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO