Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimlərə başladı - VİDEO

Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimlərə başladı - VİDEO

Hazırda oxunan: Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimlərə başladı - VİDEO

35245

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən hər iki qardaş ölkənin hərbçiləri birgə təlim-məşqlərə başlayıb.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən məşqlərin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı iki ölkə ordularının bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə vərdişlərinin inkişaf etdirilməsidir.

Məşqlərdə həmçinin sualtı hücum və sualtı müdafiə əməliyyatlarının aparılması tapşırıqları da icra ediləcək.

İkitərəfli birgə məşqlər sentyabrın 12-dək davam edəcək.

Bizim.Media

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO