Kürdəmirdə ağır qəza - Bir ailənin 5 üzvü xəsarət aldı - FOTO

Kürdəmirdə ağır qəza - Bir ailənin 5 üzvü xəsarət aldı - FOTO

Hazırda oxunan: Kürdəmirdə ağır qəza - Bir ailənin 5 üzvü xəsarət aldı - FOTO

32569

Kürdəmirdə ağır yol qəzası baş verib.

Bizim.Media xəbər verir ki, Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Atakişili kəndindən keçən hissəsində üç "Hyundai" markalı avtomaşın toqquşub.
 

MÖVZU İLƏ BAĞLI:

Qubada 64 yaşlı qadın avtoqəza qurbanı oldu - ÖZƏL


Hadisə zamanı avtomobillərdən biri yanıb. Avtomobilin sürücüsü Qədirov Ceyhun Şakay oğlu xəsarət alıb.

Bundan başqa, digər avtomobildə bir ailənin beş üzvü - sürücü 29 yaşlı Həsənov Asim Asif oğlu və onun ailə üzvləri 27 yaşlı Həsənli Nuranə Rüstəm qızı, 29 yaşlı Həsənli Günel Asif qızı, 6 yaşlı Həsənli Səid Asim oğlu və 3 yaşlı Həsənli Asif Asim oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO