AZƏRBAYCANDA DƏHŞƏT! Gənc qız sevgilisini yataqda ÖLDÜRDÜ  

AZƏRBAYCANDA DƏHŞƏT! Gənc qız sevgilisini yataqda ÖLDÜRDÜ  

Hazırda oxunan: AZƏRBAYCANDA DƏHŞƏT! Gənc qız sevgilisini yataqda ÖLDÜRDÜ  

29979

Lənkəranda sevgilisini bıçaqlamaqda ittiham olunan 1995-ci il təvəllüdlü Sevil Əsədovanın (ad və soyadlar şərti verilib) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Bizim.Media xəbər verir ki, Sevil Əsədova həmkəndlisi Faiq Balayevin aralarında olan sevgi və intim münasibətlər barədə başqa şəxslərə məlumat yaymasından şübhələnib. Bu səbəbdən ona ağır xəsarət yetirmək qərarına gəlib. 

Sevil Əsədova 6 sentyabr 2019-cu ildə, saat 22 radələrində Faiq Balayevin yaşadığı Lənkəran rayonu Ləj kəndində fərdi yaşayış evinin otağında görüşərkən aralarındakı münasibətlər barədə digər şəxslərə məlumat verdiyi üçün ona etirazını bildirib. 

Sevil Əsədova əvvəlcə yanında olan bıçaqla Faiqə bir dəfə, Faiq yataqdan durub otağın qapısını açmaq istəyərkən arxadan daha iki zərbə endirib. 

Yaralıya xəstəxanada vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. 

İstintaq orqanı tərəfindən Sevil Əsədova barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib. 
 
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sevil Əsədovaya 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. 

Hökmdən narazı qalan zərərçəkmiş Faiq Balayev apelyasiya şikayəti verib. O, şikayətində göstərib ki, Sevil Əsədovaya təyin olunmuş cəza ilə razı deyil. Qeyd edib ki, Sevil Əsədovanın məqsədi onu öldürmək olub. 

Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə zərərçəkmiş Faiq Balayevin şikayəti qismən təmin olunub və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. 

Sevil Əsədova barəsində təyin olunmuş 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzası 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilib. Cəzanın ümumi rejimdə çəkilməsi müəyyən edilib. 

Sevil Əsədovanın barəsində həbs qətimkan tədbiri seçilib və cəzasının əvvəli 22 oktyabr 2020-ci il tarixdən hesablanması qərara alınıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO