Bakıda məhkəmədən qaçan təqsirləndirilən şəxs saxlanılıb.
Bizim.Media xəbər verir ki, keçirilən əməliyyat-axtarış tədbirləri ilə məhkəmə zalından qaçan şəxs müəyyən olunaraq saxlanılıb.
Həmin şəxs aidiyyatı üzrə təhvil verilib.
Qeyd edək ki, iyulun 20-də Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı 1976-cı il təvəllüdlü Tərlan Həsənov narkotik vasitəsinin daşınmasına görə saxlanılıb.
Daha sonra o, iyulun 21-də Suraxanı Rayon Məhkəməsinə gətirilib. Amma təqsirləndirilən şəxs prosesdən əvvəl məhkəmə zalından qaçıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:10 / 26.07.2021
Bakıda məhkəmə zalından qaçan şəxs tutuldu
Hazırda oxunan: Bakıda məhkəmə zalından qaçan şəxs tutuldu
Hazırda oxunan: Bakıda məhkəmə zalından qaçan şəxs tutuldu
29944
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.