“Bəlkə də heç qayıtmadım...”-
 Salamdan üzücü xəbər...

“Bəlkə də heç qayıtmadım...”- Salamdan üzücü xəbər...

Hazırda oxunan: “Bəlkə də heç qayıtmadım...”- Salamdan üzücü xəbər...

256207

“Sosial şəbəkələr insanın vaxtının çox hissəsini alır. Yaradıcı adam üçün isə bu daha da çətindir”

Bunu Moderator.az-a açıqlamasında şair Salam Sarvan sosial şəbəkələrdən danışarkən deyib.xa0

S.Sarvan vaxt qıtlığına görə sosial şəbəkədəki hesabını dondurduğunu deyib:

“Yaradıcılıq işlərimlə bağlı sosial şəbəkə hesabımı dondurmuşam, bu mənə mane olurdu. Danışıb sizi də həvəsdən salmaq istəmirəm, amma sosial şəbəkədəki hesabım vaxtımı çox alırdı, işdən-gücdən olurdum. “Facebook”da çox aktiv istifadəçi idim və statuslar yazırdım. Status yazmaqla da iş bitmir axı, ona münasibət bildirirsən və beləliklə özünü ora həsr edirsən. Bəlkə də heç sosial şəbəkəyə qayıtmadım. Görürəm ki, onsuz daha rahatdır”.xa0

S.Sarvan yeni tərcümə kitabının işıq üzü gördüyünü bildirərək, yeni əsərlər üzərində işlədiyini deyib:

“Yaradıcılıqla məşğul oluram, tərcümələr edirəm. Dekabr ayında Çili şairi, Nobel mükafatı laureatı Pablo Nerudanın “Ümidsizlik nəğməsi” adlı şeirlər kitabı mənim tərcüməmdə işıq üzü gördü. Yeni tərcümə kitabları üstündə də işləyirəm”.

Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO