Deputat Elman Məmmədov:  “Azərbaycan dünyadakı gücünü, nüfuzunu artırmalıdır”

Deputat Elman Məmmədov: “Azərbaycan dünyadakı gücünü, nüfuzunu artırmalıdır”

Hazırda oxunan: Deputat Elman Məmmədov: “Azərbaycan dünyadakı gücünü, nüfuzunu artırmalıdır”

254602
Erməni televiziyasına peykində yer verən ABŞ-la necə davranaq...
Qarabağın erməni separatçılarının Amerika peykində “Artsax TV” layihəsinin peyk yayımına başlamasına sərt reaksiyalar verilir.

Azərbaycan ictimaiyyəti bu məsələni beynəlxalq hüquq pozuntusu sayır, rəsmi Bakını dərhal hərəkətə keçməyə çağırır və ABŞ-ın təcili münasibət bildirməsini tələb edir.

Hətta deputat Aqil Abbas qəzetimizə açıqlamasında bildirmişdi ki, ATƏT-in amerikalı həmsədrini qovmaq, Bakıya buraxmamaq lazımdır:

“Ona demək lazımdır ki, get Qarabağın erməni separatçılarının Amerika peykində ”Artsax TV" layihəsinin peyk yayımını dayandır, sonra gələrsən".

Bu məsələyə kəskin mövqe bildirən Xocalının millət vəkili Elman Məmmədov “Yeni Müsavat”a isə dedi ki, bu illər ərzində Azərbaycanın daxili işlərinə qarışmaq, hüquq pozuntusuna yol vermək Qərb dövlətlərinin bir şakəri olub.

Deputatın sözlərinə görə, ABŞ ATƏT-in həmsədr dövlətlərindən biridir, dünyaya insan hüquq və azadlıqlarından, demokratiyadan dərs keçmək iddiasındadır: “Ancaq bu günlərdə tanınmayan, qondarma, separatçı erməni rejimin rəhbərini qəbul elədilər. Bu, Azərbaycanın ərazi bütövlüyünə, ATƏT-in vasitəçilik institutuna hörmətsizlik deyilmi?

Amma ilk dəfə deyil ki, belə addım atırlar. 1992-ci ildə erməni terrorçuları Azərbaycana qarşı soyqırımı törətdilər. Əvəzində demokratiyadan dəm vuran ABŞ ermənilərin xətrinə 907-ci düzəliş etdi, yəni sanksiya tətbiq elədi. Eyni zamanda ABŞ Konqresi hələ də ermənilərə maliyyə yardımı ayırmaqdadır".

E.Məmmədov qeyd etdi ki, Azərbaycan həmişə bu hüquq pozuntularına etirazını bildirib, bəyanatlar, notalar verib: “Beynəlxalq qurumlar isə bu məqamda susurlar. BMT niyə Amerikaya irad tutmur ki, işğalçı qurumla əməkdaşlıq edirsən? Heç deməyəcək də. Odur ki, biz bu hərəkətlərə qarşı bir dövlət olaraq güclənməliyik, güclü orduya malik olmalıyıq. Bu gün dünyanı beynəlxalq hüquq yox, zor, güc idarə edir.

Kimin gücü varsa, beynəlxalq hüquq onun tərəfindən çıxış edir. Bu baxımdan Azərbaycan dünyadakı gücünü, nüfuzunu artırmalıdır".

E.Məmmədov A.Abbasın ATƏT-in amerikalı həmsədrini ölkəyə buraxmamaq fikrinə belə münasibət sərgilədi: “Aqil qardaşım yaxşı deyib, əlinin içindən gəlib deyib. Yəqin ki, hamımız bu fikirdəyik.

Amma reallıq, idarəetmə, dünyadakı şərait imkan vermir ki, o güclərlə bu leksikonda danışa bilək. Mən də ATƏT-in bu mandatının onlardan alınması tərəfdarıyam. Amma biz deməklə deyil, daha yüksək tribunadan düşünənlər var".

Politoloq Ramiyə Məmmədova isə bildirdi ki, Türkiyənin keçmiş telejurnalisti Şahin Kabançı və idman şərhçisi erməni əsilli Abram Kura bu mövzuda danışıblar: “Bu televiziya bir sıra dövlətlərdə yayımlanacaq. Qarabağla bağlı beynəlxalq aləmdə mücadilə verdiyimiz bir zamanda ”Artsax TV" xeyrimizə olmayan hadisədir. Çünki yayıma “Artsax” adı verilməsi bizə qarşı siyasətdir. Bu, həm də Qərbin onları dəstəkləməsini göstərir.

Baxmayaraq ki, Qərb iqtidasiyyatımızdan faydalanır, birgə iqtisadi layihələrimiz var. Amma bu telekanalın Amerika peykində yayıma girməsi Azərbaycana zərbə kimi qiymətləndirilməlidir".

Xanım ekspert hesab edir ki, Amerika peykinə separatçıların televiziyasının fəaliyyətə başlaması erməni diasporunun və onların himayəçilərinin necə işlədiyini ortaya qoyur: “Çox əfsus ki, Azərbaycan diasporunun yetərincə çalışmaması bu nəticələrə gətirib çıxarır. Bizim diasporların zəifliyindən irəli gələrək Amerika peykində erməni separatçıları yayıma çıxırlar. Məsələn, Türkiyədə azərbaycanlılar ”Haber qlobal" kimi televiziyası açıblar. Amma bir azərbaycanlı orda işə götürülmür. Diaspordakı fəaliyyətdən əlavə, azərbaycanlılar bir-birini dəstəkləmir".

R.Məmmədova bu vəziyyətdə ABŞ-ın Bakıdakı səfirini Xarici İşlər Nazirliyinə dəvət etmək lazım olduğunu düşünür:

“Bəyanat verilməlidir. Çünki bu, beynəlxalq hüquq pozuntusudur. Azərbaycan sakit durmadan Avropa Birliyindən, yüksək tribunalardan öz səsini eşitdirməlidir”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO