“Təbii ki, həyatımda ən çətin il 2007-ci il oldu. Həmin il ağır əməliyyat keçirdim. Amma maraqlı olan odur ki, həmin ilin sentyabr ayında “Yaşıl teatr”da “İkinci nəfəs” adlı konsertim oldu”.
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Baloğlan Əşrəfov deyib. B.Əşrəfov bildirib ki, ötən ildən gözləntiləri çox olub:
“2018-ci ildən gözləntilərim çox idi, çünki səkkizlər həmişə həyatımda böyük rol oynayıb. Hətta fərxi ad da gözləyirdim. Bürclərə inanmasam da, deyirlər, 2019-cu il tərəzi bürcləri üçün çox uğurlu olacaq. Hər şey Allahın əlindədir. Təbii ki, həyatımda ən çətin il 2007-ci il oldu, ağır əməliyyat keçirdim. Amma maraqlı olan da odur ki, həmin ilin sentyabr ayında “Yaşıl teatr”da “İkinci nəfəs” adlı konsertim oldu. Orada demək olar ki, dünyanın hər bir ölkəsindən olan insanlarımız iştirak edirdi”.xa0
B.Əşrəfov bildirib ki, bir qayda olaraq 31 dekabrda o, heç bir restoranda çıxış etmir:
“31 dekabr Həmrəylik Günündə heç bir restoranda çıxış etmirəm. Həmin gün böyük oğlumun doğum günü olduğu üçün ailəmlə birlikdə qeyd edirəm. Həm də ki, həmin gecə restoranlarda fonoqramla oxumağı da özümə sığışdırmıram. Müxtəlif yerlərdən zəng vurub soruşurlar ki, “Baloğlan müəllim, niyə çıxış etmirsiniz?” Deyirəm ki, qırx müğənni arasından çıxıb bir mahnı oxuyub pul qazanmağı istəmirəm...”
Vasif Əlihüseyn
































































































