Süni dolğunun fəsadları nələrdir? - VİDEO

Süni dolğunun fəsadları nələrdir? - VİDEO

Hazırda oxunan: Süni dolğunun fəsadları nələrdir? - VİDEO

253607

Üz əzələlərini hərəkət etdirə bilməmək, allergik reaksiyalar, şişkinlik, yara, iltihab, assimmetriya...

Bizim.Media xəbər verir ki, uzun müddətdir bu sahədə çalışan, həkim-kosmetoloq Gülnar Zeynallı deyir ki, süni gellərin yaratdığı fəsadlarla ona müraciət edənlərin sayı onlarladır.

Kosmetoloqun sözlərinə görə, xanımların çoxu fəsadlarından xəbərsiz şəkildə, süni dolğular təbii dolğulardan ucuz olduğu üçün bunu üzlərinə tətbiq edirlər.

Həkim-kosmetoloq bildirir ki, süni dolğuların istifadəsi üzdə yaralar, deformasiyalar, hətta anafilaktik şok yaradır.

Onun sözlərinə görə, bazarda təkcə süni dolğular deyil, qeyri-leqal yollarla gətirilən ucuz botokslar da var ki, pasiyentlər bu məhsulların qurbanı olur.

Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO