Şəkidə avtomobillər TOQQUŞDU - FOTO

Şəkidə avtomobillər TOQQUŞDU - FOTO

Hazırda oxunan: Şəkidə avtomobillər TOQQUŞDU - FOTO

250606

Şəkidə iki avtomobil toqquşub. Avtomobillərdən biri yoldan çıxıb aşsa da xoşbəxtlikdən yaralanan olmayıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistralının Şəki şəhəri ərazisindən keçən hissəsində baş verib.

Belə ki, 65 yaşlı Özbəkin Səfiyevin idarə etdiyi "Toyota Prado" markalı avtomobil 53 yaşlı İbrahim Həmidovun idarə etdiyi VAZ-21099 markalı avtomobillə toqquşub.
 

Hadisə nəticəsində VAZ-21099 yoldan çıxaraq aşıb. Xoşbəxtlikdən xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.


Faktla bağlı araşdırma aparılır.






Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO