Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005-2025) ilə əlaqədar Azərbaycan Respublikasının yubiley medalı təsis edilir.
Bizim.Media xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanuna edilən dəyişikliklə “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005-2025)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə" də təsdiq ediləcək.
Əsasnamədə bildirilib ki, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005-2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan Respublikasının fövqəladə hallar orqanlarının fəaliyyətinin təşkilində, inkişafında və möhkəmləndirilməsində xüsusi xidmətləri olan, habelə mülki müdafiə işinin təşkili, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması və fövqəladə halların nəticələrinin aradan qaldırılması tədbirlərinin həyata keçirilməsində fəal iştirak edən şəxslər təltif ediləcəklər.
Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul olunub.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:49 / 01.05.2025
Azərbaycanda yeni medal TƏSİS EDİLİR
Hazırda oxunan: Azərbaycanda yeni medal TƏSİS EDİLİR
Hazırda oxunan: Azərbaycanda yeni medal TƏSİS EDİLİR
247023
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.