Putindən “Şücaətə görə” medalı almış azərbaycanlı kimdir?

Putindən “Şücaətə görə” medalı almış azərbaycanlı kimdir?

Hazırda oxunan: Putindən “Şücaətə görə” medalı almış azərbaycanlı kimdir?

246290
Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən Moskvada Dubrovka faciəsi zamanı əsirlərə kömək edən, ölümündən sonra “Şücaətə görə” medalı ilə təltif olunan azərbaycanlı həkim Oleq Məhərləmov haqqında məqalə yaradılıb.

//az.wikipedia.org/wiki/Oleq_M%C9%99h%C9%99rl%C9%99mov

MEK-dən Moderator.az-a bildiriblər ki, məqalədə azərbaycanlı həkimin həyatı, ailəsi və 2002-ci il oktyabrın 23-26-da Dubrovkada Moskva Teatr mərkəzində törədilən terror zamanı insanlara kömək etmək naminə göstərdiyi şücaət haqqında məlumat verilib.

Könüllülər tərəfindən qəhrəmanı rusdilli oxuculara təqdim etmək üçün rus dilində olan “Vikipediya”da da məqalə yaradılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO