Kürdəmirdə yol qəzası baş verib, xəsarət alan var.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Bakı prospektində qeydə alınıb.
“Kamaz” markalı yük maşını yol dairəsindən keçərkən qarşısında hərəkətdə olan “Mercedes” markalı minik maşınına çırpılıb. Nəticədə minik maşınında olan sərnişin müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.
Yaralı dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Fakt araşdırılır.
Bizim.Media, Aran bürosu