Gələcəyə yön verən BÜRCLƏR: Onlar tarixin gedişatını dəyişirlər

Gələcəyə yön verən BÜRCLƏR: Onlar tarixin gedişatını dəyişirlər

Hazırda oxunan: Gələcəyə yön verən BÜRCLƏR: Onlar tarixin gedişatını dəyişirlər

240928

Astrologiyada bəzi bürclərin elmə, analitik düşüncəyə və yaradıcılığa daha çox meyilli olduğu bildirilir. Araşdırmalar da göstərir ki, müxtəlif elm sahələrində uğur qazanan, tarixin gedişatını dəyişən bəzi dahi alimlər məhz bu bürclərdə doğulub.

Bizim.Media sözügedən bürcləri təqdim edir:

1. Dolça (20 yanvar - 18 fevral)

Orijinallıq, ixtiraçılıq və azad düşüncəsi ilə seçilən Dolçalar bu sırada liderlər arasındadır.

Tanınmış nümunə: Məşhur astronom, fizik və filosof Qalileo Qaliley (15 fevral) Dolça bürcündə anadan olub. Dolçalar tez-tez elmə yenilik gətirən, standart düşüncə tərzini aşan ixtiraçılar kimi təqdim olunur.

2. Oğlaq (22 dekabr - 19 yanvar)

Oğlaqların əsas xarakterləri arasında dəqiqlik, çalışqanlıq və inadkarlıq xüsusi vurğulanır.

Tanınmış nümunə: Fizik və kosmoloq Stiven Hokinq (8 yanvar) Oğlaq bürcündə doğulub.

Məlumata görə, Oğlaqların intizamlı və qərarlı olması onları elmdə uğurlu karyeraya aparan əsas cəhətlərdən biridir.

3. Əkizlər (21 may - 20 iyun)

Maraqlanmaq, sürətli düşüncə və ünsiyyətcilik bacarıcı Əkizləri də bu sıraya daxil edir..

Tanınmış nümunə: Bəzi tədqiqatlar filosof Jan-Pol Sartr və digər ziyalıların Əkizlər bürcünə mənsub olduğunu qeyd edir. Əkizlərin müxtəlif mövzulara olan marağı, analitik təfəkkürü onları elmi müzakirələrə meyilli edir.

Bununla belə, unutmayaq ki, istedad və uğur yalnız bürc xüsusiyyətləri ilə yox, zəhmət, təhsil və sosial mühit kimi amillərin vəhdəti ilə formalaşır. (baku.ws)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO