İnsan xarakteri çox qəribə və ziddiyyətlidir. Hər kəs hər zaman diqqət mərkəzində olmaq, daima sevgi ilə əhatə olunmaq və digərlərindən seçilmək istəyir.
Bizim.Media insani münasibətlərdə uğur qazanmağın 20 sirrini təqdim edir. Əgər bu 20 şərtə əməl edərsinizsə, o zaman siz istədiyinizə nail ola bilərsiniz:
1. İki nəfər görüşəndə ünsiyyətdən ən çox faydalanan özünü daha yaxşı tanıyandır: o, daha sakit, özünə güvənən və başqalarından fərqli olaraq özü ilə barışıqdır.
2. Heç vaxt başqalarının davranışının sizin əhvalınıza təsir etməsinə icazə verməyin.
3. Başqalarının dediklərinə və etdiklərinə fikir verməyin. Sözlərinin və hərəkətlərinin arxasındakı dərin motivasiyanı görməyə çalışın.
4. Təslimiyyətə və lütfkarlığa əsaslanan dostluğu dostluq adlandırmaq olmaz.
5. Mistik nöqteyi-nəzərdən başqa bir insanla sizin aranızda heç bir fərq yoxdur. Elə buna görə də özünə kömək etmədən başqasına kömək etmək mümkün olmadığı kimi, özünə zərər vermədən başqasına zərər vermək mümkün deyil.
6. Başqalarına qarşı iddialardan azad olan şəxs heç vaxt aldanmaz və məyus olmaz.
7. Mənəvi yetkinliyə doğru atılan nəhəng addım özünü haqsız böhtanlara qarşı müdafiə etməkdən imtina etməkdir. Ona görə ki, bu cür “özünümüdafiə” ruhun rahatlığını pozur.
8. Özünüzü anladığınız qədər başqa insanları da anlayırsınız. Məhz buna görə də özünü tanımaq həqiqətən də mükafata layiq işdir.
9. Münasibətinizdə baş verən hər şeyi - xüsusən də ürək ağrısı və məyusluqları tam hiss etməkdən qorxmayın. Bu, həyatınızda çox şeyə aydınlıq gətirəcək.
10. Sevməyin nə demək olduğunu başa düşən insan, sevgisi fərq edilmədikdə və hətta rədd edildikdə heç də narahat olmur.
11. Yaxın dostunuzu itirdikdən sonra dərhal onun yerinə uyğun adam axtarmayın. Çünki o zaman ruhi ağrınızı hiss edə bilməyəcəksiniz və buna görə də özünüzü ondan azad edə bilməyəcəksiniz.
12. Cəmiyyətin diqqətindən kənar qalmaqdan qorxmayın. Bu ilk baxışda göründüyündən qat-qat dərin və zəngindir.
13. Münasibətlərdə xoşagəlməz olan hər şey insanları yalandan ideal deyil, həqiqi mənada görmək üçün gözəl fürsətdir. Birini nə qədər çox bəyənməsən, o sənə bir o qədər çox şey öyrədə bilər.
14. İnsan dünyəvi ədalətsizlik düşüncələrindən o qədər azad ola bilər ki, tanışlarından “qanuni hüquqların kobud şəkildə pozulması” ilə bağlı şikayətləri eşidəndə həmişə çaşqınlıq içində olar.
15. Özünüzdə olmayan müsbət cəhətləri qonşunuzda görmək mümkün deyil.
16. Nəfsi sevgi ilə səhv salmayın. Birincisi daima həzz axtarışındadır. İkincisi, özü ilə əbədi harmoniyadadır.
17. Ruhunuzun bir hissəsi səmimi olaraq sevgi ilə dolu bir həyat istəyir, digər hissəsi isə bu barədə eşitmək istəmir. Müsbət qüvvələrin tərəfində durun, onları təzahür etdirmək üçün mümkün olan hər şeyi edin.
18. Sadəcə başqalarının sizin haqqınızda nə fikirləşdiyi düşüncəsi ilə yaşamağa dəyməz.
19. Hər kəsin sevimlisi olmağa çalışmayın. Orijinal olmaq üçün daha çox çalışın. Gerçək olmaq sevmək deməkdir.
20. Başqalarına verə biləcəyiniz ən böyük məhəbbət həyatınızı elə dəyişdirməkdir ki, onlar qarşısıalınmaz olaraq sizin səxavətiniz və xeyirxahlığınızın nümunəsinə çəkilsinlər.
Surxay Atakişiyev, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:25 / 08.03.2025
İnsani münasibətlərdə uğur qazanmağın 20 SİRRİ
Hazırda oxunan: İnsani münasibətlərdə uğur qazanmağın 20 SİRRİ
Hazırda oxunan: İnsani münasibətlərdə uğur qazanmağın 20 SİRRİ
238316
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.