Xəbər verdiyimiz kimi jurnalist, yazıçı Kəramət Böyükçölün səhhətində ciddi problemlər var.
Səhhətində yaranan problemlə əlaqədar hazırda o, “Real” hospitalında müalicə alır.
Bizim.Media-ya xəstəxanadan verilən məlumata görə, yazıçı 3 gün əvvəl halsız vəziyyətdə xəstəxanaya gətirilib.
İki günlük müalicə və analizlərin nəticəsinə görə, Böyükçölün vəziyyəti stabil-ağır olaraq qalır. Həkimlər gənc yazıçıya qara ciyərin patoloji dəyişməsi diaqnozunu qoyublar. Verilən məlumata görə, müalicəsinin daha da yaxşı davam etdirilməsi üçün K. Böyükçöl xüsusi xəstəxanaya köçürüləcək.
Vəziyyətlə bağlı Kəramət Böyükçölün özü ilə əlaqə saxladıq. O, Bizim.Media-ya açıqlamasında həkimlərin qoyduğu diaqnozu təsdiqləyib.
Vüsalə Balayeva, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:26 / 02.06.2021
“Sağlamlığım kritik vəziyyətdədir” – Kəramət Böyükçöl xəstəliyindən danışdı
Hazırda oxunan: “Sağlamlığım kritik vəziyyətdədir” – Kəramət Böyükçöl xəstəliyindən danışdı
Hazırda oxunan: “Sağlamlığım kritik vəziyyətdədir” – Kəramət Böyükçöl xəstəliyindən danışdı
23260
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.