Həyatını itirənlərin cənazəsi ölkəmizə nə vaxt GƏTİRİLƏCƏK? - RƏSMİ AÇIQLAMA - VİDEO

Həyatını itirənlərin cənazəsi ölkəmizə nə vaxt GƏTİRİLƏCƏK? - RƏSMİ AÇIQLAMA - VİDEO

Hazırda oxunan: Həyatını itirənlərin cənazəsi ölkəmizə nə vaxt GƏTİRİLƏCƏK? - RƏSMİ AÇIQLAMA - VİDEO
227120
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

AZAL-ın prezidenti Samir Rzayev ötən gün Aktau yaxınlığında baş verən təyyarə qəzasından sağ çıxan həmvətənlərimizin ölkəyə gətirilməsi prosesinə aydınlıq gətirib.

Bizim.Media xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında məlumat verib.

“Sağ qalan şəxslərin ölkəyə gətirilməsi günün ikinci yarısında həyata keçiriləcək. Həyatını itirən şəxslərin cənazəsi isə iki gün ərzində Azərbaycana gətiriləcək”, - S.Rzayev qeyd edib.

Xatırladaq ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Son məlumata görə, qəza nəticəsində 26 vətəndaşımız həyatını itirib, 16 Azərbaycan vətəndaşı isə sağ qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO