208 adda mal və xidmət bahalaşıb

208 adda mal və xidmət bahalaşıb

Hazırda oxunan: 208 adda mal və xidmət bahalaşıb

226966
2018-ci ilin birinci rübündə inflyasiyanın hesablanması üçün istifadə olunan 520 adda mal və xidmətdən 170-nin qiyməti azalıb, 142-nin qiyməti isə dəyişməz qalıb. Nəticədə 208 adda mal və xidmət növünün qiymətlərində artım müşahidə olunub.

Moderator.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2018-ci ilin ilk rübündə orta aylıq inflyasiya 0.1%xa0 olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1.7% bəndi aşağıdır.xa0

MB-dan bildirilir ki, dövr ərzində istehlak qiymətlərinin azalmasına təsir göstərən amillərdən biri gözləntilər olub. Bir sıra xərc amillərinin təsiri ilə bəzi sahələrdə inflyasiya gözləntiləri yüksəlsə də, ümumilikdə dövr ərzində gözləntilərdə daha çox azalma meyilləri müşahidə edilib.

Belə ki, Mərkəzi Bank tərəfindən müntəzəm aparılan real sektorun monitorinqinin nəticələrinə əsasən 2018-ci ilin birinci rübü ərzində ticarət sektorunda növbəti 3 ay üzrə qiymət gözləntiləri mebel və avtomobil seqmentində azalıb, məişət avadanlıqları seqmentində isə artıb.

Xidmət sektorunda ümumi qiymət gözləntisi bütün sahələr üzrə azalıb. Azalma daha çox nəqliyyat, otelçilik və səhiyyə seqmentlərində özünü göstərib.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO