İlk azərbaycanlı epidemioloq alimi...

İlk azərbaycanlı epidemioloq alimi...

Hazırda oxunan: İlk azərbaycanlı epidemioloq alimi...

222970
AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Vikipediya Metodik Mərkəzinin könüllüləri tərəfindən Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin qərarına əsasən dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri, ilk azərbaycanlı epidemioloq alim İsmayıl Axundov haqqında məqalə əsaslı redaktə olunub.

Xatırladaq ki, Azərbaycanda tropikologiya sahəsində ilk professor olan İsmayıl Axundov 1897-ci il dekabrın 8-də Şamaxı şəhərində anadan olub. 1919-cu ildə Bakı Dövlət Universitetinin Tibb fakültəsinə qəbul olan İsmayıl Axundov 1920-ci ilin əvvəlində dövlət hesabına Almaniyaya – Lüdviq Maksimilyan adına Münhen Universitetinin tibb fakültəsinə - təhsilini davam etdirməyə göndərilir. 1952-ci ildə Moskvada mehmanxanada baş verən yanğın onun həyatına son qoyur. Vaxtsız ölüm malyariyanın epidemiologiyasına, kimyəvi profilaktikasına və keçiricilərinə aid bir sıra əsaslı tədqiqat işlərinin müəllifi, eyni zamanda yoluxucu xəstəliklərin tüğyan etdiyi Afrika ölkələrində epidemiyaya qarşı mübarizə aparmış aazərbaycanlı professor İsmayıl Axundovun yüksək elmi və humanist ideallar uğrunda apardığı işləri də yarımçıq qoyur.

Daha ətraflı məlumat almaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO