Bu gün Kəlbəcər Şəhəri Günüdür

Bu gün Kəlbəcər Şəhəri Günüdür

Hazırda oxunan: Bu gün Kəlbəcər Şəhəri Günüdür

222218

Bu gün Kəlbəcər Şəhəri Günüdür.

Bizim.Media xəbər verir ki, Kəlbəcər Şəhəri Günü artıq ikinci dəfədir ki, qeyd edilir. Belə ki, Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, noyabrın 25-i Kəlbəcər Şəhəri Günü kimi təsis edilib.

Bu əlamətdar günün təsis edilməsi Kəlbəcərin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Bu gün - noyabrın 25-i şəhərin erməni işğalçılarından azad edilməsində dörd il ötür.

Qeyd edək ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər nəticəsində Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı 3 tərəfli Bəyanata əsasən noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycan tərəfinə təhvil verilib.

Beləliklə, noyabrın 25-də işğaldan azad olunan Kəlbəcər rayonu tamamilə Azərbaycan Ordusunun nəzarəti altına keçib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO