Sabirabadda evdə PARTLAYIŞ: Xəsarət alan var

Sabirabadda evdə PARTLAYIŞ: Xəsarət alan var

Hazırda oxunan: Sabirabadda evdə PARTLAYIŞ: Xəsarət alan var

216501

Sabirabad rayonunda evdə qaz sızması nəticəsində partlayış baş verib, 42 yaşlı qadın xəsarət alıb.

Bizim.Media “report.az”a istinadən xəbər verir ki, hadisə Məmişlər kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1982-ci il təvəllüdlü Nüşabə Nizami qızı Zeynalova hamamda olarkən cihazdan (pitminutka) qaz sızması nəticəsində partlayış baş verib.

Nəticədə müxtəlif dərəcəli yanıq xəsarətləri alan qadın Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğundan Bakıya göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO