Polis İsmayıllıda əməliyyat keçirdi - 8 nəfər saxlanıldı

Polis İsmayıllıda əməliyyat keçirdi - 8 nəfər saxlanıldı

Hazırda oxunan: Polis İsmayıllıda əməliyyat keçirdi - 8 nəfər saxlanıldı

215376

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə İvanovka və Qalacıq kəndlərindəki meşə massivlərində ağacların naməlum şəxslər tərəfindən qanunsuz kəsilməsi faktları aşkar olunub.

Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Məlumata görə, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ilə birgə əraziyə baxış keçirilib və əməli törədən 8 nəfər polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO