Beynəlxalq mediada yayılan xəbərlərə əsasən, dünyada üçüncü süd məhsulları istehsalçısı olan Fransanın süd konserni “Lactalis Group”x9dun Kraon zavodunda istehsal olunmuş bütün quru süd və əlaqəli süd məmulatları geri götürüləcək. Bu qərar yanvarın 12-də Fransanın İqtisadiyyat naziri Bruno Le Mer və konsernin baş direktoru Emmanuel Benye arasında danışıqlardan sonra verilib.xa0
Qida Təhlükəsizliyi Agentliyindən Lent.az-a verilən məlumata görə, “Lactalis Group”x9d Beynəlxalq Fransa şirkətinin Azərbaycandakı təmsilçisi 2011-ci ildən fəaliyyətdə olan "Lactalis Caspi”x9d MMC şirkətidir.xa0
Qida Təhlükəsizliyi Agentliyi yaranmış vəziyyətlə əlaqədar Dövlət Gömrük Komitəsi, Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Müfəttişliyi və Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti ilə birlikdə ölkəyə “Lactalis Group”x9da məxsus hansı çeşiddə və sayda qida məhsullarının idxal olması ilə bağlı araşdırmalara başlayıb: "Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Müfəttişliyindən Qida Təhlükəsizliyi Agentliyinə verilən məlumata görə, müvafiq quruma “Lactalis”x9d nişanlı uşaq qidalarının dövlət gigiyena qeydiyyatına alınması ilə əlaqədar hər hansı bir müraciət olmayıb. Dövlət Baytarlıq Nəzarəti Xidmətindən quruma verilən məlumata görə, 2017-ci il ərzində adı çəkilən şirkətin “Picot”x9d, “Milumel”x9d və “Celia”x9d uşaq qidaları və digər süd məhsulları ölkəmizə idxal edilməyib, bu şirkətə məxsus başqa nişanlı süd məhsulları idxal edilib ki, onlardan da götürülən nümunələrin qida üçün yararlı olduğu müəyyən edilib.xa0
Bundan əlavə, “Lactalis Group”x9dun Azərbaycandakı nümayəndəliyi “Lactalis Caspi”x9d MMC-nin təmsilçilərinin Qida Təhlükəsizliyi Agentliyinə verdiyi məlumata görə, “Celia”x9d nişanlı qida məhsulları əvvəlki illərdə ölkəyə idxal edilib, lakin 2013-cü ildən etibarən bu məhsulun idxalı dayandırılıb. Hazırda beynəlxalq şirkətə məxsus digər süd məhsulları idxal edilir".
Agentliyin məlumatında qeyd edilir ki, aparılmış araşdırmaların nəticəsi olaraq beynəlxalq mətbuatda salmonella bakteriyasının tapıldığı güman edilən və satışdan götürülən “Lactalis Group”x9da məxsus “Picot”x9d, “Milumel”x9d və “Celia”x9d nişanlı uşaq qidaları və digər süd məhsullarının ölkəyə idxal edilmədiyi, bu səbəbdən də narahatlığa əsas olmadığı müəyyən edilib. İstehlakçıların satış nöqtələri, ticarət obyektlərində adı çəkilən qida məhsullarına rast gəldikləri halda Qida Təhlükəsizliyi Agentliyinin (012) 565-12-72 və ya (012) 565-12-82 nömrələrinə məlumat vermələri xahiş olunur.




































































































