Sabah Bakının bəzi ərazilərində və Xırdalanda qaz OLMAYACAQ

Sabah Bakının bəzi ərazilərində və Xırdalanda qaz OLMAYACAQ

Hazırda oxunan: Sabah Bakının bəzi ərazilərində və Xırdalanda qaz OLMAYACAQ

207599

Avqustun 21-i saat 10:00-dan etibarən Nizami rayonu, Elşən Süleymanov küçəsində 1 ədəd siyirtmənin quraşdırılması, saat 09:00-dan isə “Masazır” QPS-in yüksək təzyiqli qəbul magistral qaz xətti üzərində quraşdırılmış 2 (iki) ədəd filtr-separatorların demontaj edilərək “Xaşa-Xuna” QPS-in qəbul qaz xətti üzərində quraşdırılması məqsədi ilə qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə Bizim.Media-ya “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, təmir-quraşdırma işləri görülən müddətdə Nizami rayonu üzrə E.Süleymanov, C.Naxçıvanskı, B. Nuruyev küçələrinin və Babək prospektinin, Abşeron rayonu üzrə isə Xırdalan şəhərinin və AAF Park Yaşayış kompleksinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO