Masallıda istirahət mərkəzində yanğın – FOTO/VİDEO

Masallıda istirahət mərkəzində yanğın – FOTO/VİDEO

Hazırda oxunan: Masallıda istirahət mərkəzində yanğın – FOTO/VİDEO

205699

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Masallı rayonu, Qəriblər kəndi ərazisində yerləşən istirahət kompleksində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, bu barədə FHN-nin mətbuat xidmətindən bildirilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının istirahət kompleksinin ərazisində yerləşən kotecdə baş verdiyi və meşəyə keçmə riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 286kv.m. olan ikimərtəbəli kotecin yanar konstruksiyaları 160kv.m. sahədə və 3 ədəd ağac yanıb.

Kotecin qalan hissəsi və meşə yanğından mühafizə olunub.











Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO