Şəkidə minik avtomobilləri toqquşdu, yaralılar var

Şəkidə minik avtomobilləri toqquşdu, yaralılar var

Hazırda oxunan: Şəkidə minik avtomobilləri toqquşdu, yaralılar var

203140

Şəkidə yanacaqdoldurma məntəqəsinə daxil olmağa hazırlaşan nəqliyyat vasitəsi digər avtomobil tərəfindən vurulub, nəticədə xəsarət alanlar var.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yol-nəqliyyat hadisəsi Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki şəhəri ərazisində , “Azpetrol” deyilən ərazidə qeydə alınıb.

İlkin məlumatlara əsasən Şəki şəhəri istiqamətində hərəkətdə olan “VAZ-21010” markalı avtomobillə “Mercedes” markalı minik avtomobili toqquşub.

Hadisə şahidlərinin sözlərinə görə, “VAZ-21010” markalı avtomobil yanacaqdoldurma məntəqəsinə dönmə anında olan “Mercedes”i gözləmədiyindən qəza baş verib.
Nəticədə rayon sakinləri 27 yaşlı Lətif Hacılı, 58 yaşlı Əjdər Səlimov və 56 yaşlı Yaşar Pirməmmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə yaxınlıqdakı Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda yaralılar müayinə edilir, müalicələr aparılır.

Baş verən yol-nəqliyyat hadisəsinin təfərrüatları araşdırılır.

Tural Rasim oğlu, Bizim,Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO