“Bəzi kəndlərdə məscid tikməyə icazə vermirlər. Halbuki insanlar məscidin tikilməsi üçün öz ciblərindən pul ayırmaq istəyirlər ki, dövlətə yük olmasın”.
Bizim.Media xəbər verir ki, bunu deputat Sabir Rüstəmxanlı Milli Məclisin bugünkü plenar iclasında deyib.
Millət vəkilinin sözlərinə görə, elə kəndlər var, orada hələ də məscid yoxdur:
“Millət, xalq istəyirsə, məscidlərin tikilməsinə mane olmaq lazım deyil. Amma o məscidlərin kadrlarla təmin edilməsinə son dərəcədə ciddi yanaşmaq lazımdır”.
Deputat mollaların fəaliyyətinə də toxunub:
“Mollaların bir hissəsinə baxırsan, elə bil, bunlar azərbaycanlı deyil. Sanki bunlar fars dilində düşünürlər. Azərbaycanda kim orta məktəbi yaxşı oxuya bilmirsə, ali məktəbə qəbul oluna bilmirsə, hətta əlifbanı bilmirsə, “Yasin”i köçürür latın qrafikasına, gedib durur qəbristanlığın ağzında”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:14 / 04.05.2021
“Kəndlərdə məscid tikməyə qoymurlar” - Sabir Rüstəmxanlı
Hazırda oxunan: “Kəndlərdə məscid tikməyə qoymurlar” - Sabir Rüstəmxanlı
Hazırda oxunan: “Kəndlərdə məscid tikməyə qoymurlar” - Sabir Rüstəmxanlı
20009
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.