Lerik sakini albalı ağacından yıxılıb, vəziyyəti ağırdır

Lerik sakini albalı ağacından yıxılıb, vəziyyəti ağırdır

Hazırda oxunan: Lerik sakini albalı ağacından yıxılıb, vəziyyəti ağırdır

196398

Albalı ağacından yıxılan Lerik sakini ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Bizim.Media apa-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Lerik şəhəri ərazisində baş verib. 

Lerik şəhər sakini 1980 - cı il təvəllüdlü Razi Şirvan oğlu Ramazanov albalı dərmək və ağacdakı yarpaqları təmizləmək üçün ağaca çıxıb.

O, ehtiyatsızlıqdan ağacdan üzü üstə yerə çırpılıb. R.Ramazanov ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb. Həkimlər ona kəllə beyin travması, hər iki qolun mil sümüyünün tipik yerdəyişən sınığı, çənə sınığı, hər iki gözün hematomiyası diaqnozu qoyublar. Xəstənin vəziyyətinə uyğun olaraq müalicəsi reansimasiya şöbəsində davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO