Masallıda baş verən qətllə bağlı cinayət işi AÇILIB

Masallıda baş verən qətllə bağlı cinayət işi AÇILIB

Hazırda oxunan: Masallıda baş verən qətllə bağlı cinayət işi AÇILIB
193160
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Mayın 20-də saat 19 radələrində Masallı rayonu Yeddioymaq kəndi ərazisində 1971-ci il təvəllüdlü Seymur Alışanovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

 

MÖVZU İLƏ BAĞLI:

Masallıda QƏTL: 30 yaşlı kişi həmkəndlisini ov silahı ilə qətlə yetirib



Qeyd edilib ki, araşdırmalarla rayonun Qasımlı kənd sakini 1994-cü il təvəllüdlü Aslan Ağazadənin aralarında yaranmış mübahisə zamanı odlu silahdan atəş açmaqla və bıçaqla xəsarətlər yetirərək həmkəndlisi Seymur Alışanovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Aslan Ağazadə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO