Selfi çəkdirərkən su kanalına düşən oğlanın meyiti tapıldı

Hazırda oxunan: Selfi çəkdirərkən su kanalına düşən oğlanın meyiti tapıldı

18587

Siyəzən rayonunda su kanalında batan yeniyetmə tapılıb.

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, aprelin 20-də Taxtakörpü-Ceyranbatan su kanalının Siyəzən rayonu ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2007-ci il təvəllüdlü Quliyev Murad Şahin oğlunun axtarışları başa çatıb.
 

MÖVZU İLƏ BAĞLI:

18 yaşlı qız kanalda boğuldu


M.Quliyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Xatırladaq ki, M.Quliyevin digər uşaqlarla birgə su kanalına selfi çəkdirməyə getdiyi bildirlirdi. Həmin vaxt onun ayağı sürüşüb, kanala yıxılaraq batıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO