Gəncədə ev yanıb, bir nəfər tüstüdən zəhərlənərək ölüb

Hazırda oxunan: Gəncədə ev yanıb, bir nəfər tüstüdən zəhərlənərək ölüb

184773

Gəncədə yanğın hadisəsi nəticəsində bir nəfər həyatını itirib.  

Bizim.Media-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin Vaqif küçəsində baş verib. 

Ümumi sahəsi 9 m² olan birmərtəbəli 1 otaqlı ev qismən yanıb. Dərhal hadisə yerinə FHN yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub .

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfər yaşlı kişinin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Məlumata görə həmin şəxs tüstüdən boğularaq ölüb. Ev yanğından mühafizə olunub. 

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO