Sabah bölgələrdə 25 dərəcə isti olacaq - PROQNOZ 

Hazırda oxunan: Sabah bölgələrdə 25 dərəcə isti olacaq - PROQNOZ 

184708

Martın 30-na gözlənilən hava proqnozu açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı, gecəyə doğru ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Səhər arabir güclənən cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu gecə 5-10° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85%, gündüz 55-65 % olacaq. 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, axşama doğru yağıntıların intensivləşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Bəzi yerlərdə arabir duman olacaq. 
Havanın temperaturu gecə 4-9° isti, gündüz 20-25° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO