“Pulu olmayan bələdiyyə necə fəaliyyət göstərsin?!” – Fazil Mustafa  

Hazırda oxunan: “Pulu olmayan bələdiyyə necə fəaliyyət göstərsin?!” – Fazil Mustafa  

184699

“Heç bir bələdiyyənin məktəbi, peşə liseyi, idman klubu yoxdur. Çünki bələdiyyələrin pulu yoxdur”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında çıxışı zamanı Mədəniyyət komitəsinin sədri Fazil Mustafa səsləndirib. 

“Biz bələdiyyələrə əhali sayı prinsipi ilə yox, büdcəsindəki vəsait meyarı ilə baxmalıyıq. Məsələn, büdcəsində 1 milyon manatdan az vəsait olan şəhər bələdiyyələri, 500 min manatdan az olan rayon və kənd bələdiyyələrinin fəaliyyəti məqsədəuyğun sayılmasın. Çünki vəsaiti olmayan bələdiyyə necə fəaliyyət göstərə bilər?! 
Bundan əlavə, uşaq cinayətləri artmaqdadır. İstəsən də, istəməsən də uşaqlar dərslərdən yayınır, yuxarı sinif şagirdləri hazırlığa gedirlər.

Digər tərəfdən, sosial aktivlik, idman zalları, musiqi kimi sahələr də bölgələrdə əlçatan deyil. Belə vəziyyətdə də uşaqlar kriminal aləmə yönəlirlər. Düşünürəm ki, bu durumda təşəbbüsü bələdiyyələr üzərinə götürməlidir. Qardaş Türkiyədə belə məsələləri bələdiyyələr həll edir”, - deyə deputat əlavə edib. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO