Sumqayıtda yollar təmir olunur - FOTO/VİDEO

Hazırda oxunan: Sumqayıtda yollar təmir olunur - FOTO/VİDEO

184654

Sumqayıt şəhəri ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı təmir-tikinti işlərinə başlanılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Bizim.Media-ya bildirilib ki, təmir-tikinti işləri zamanı küçə və yollarda zəruri olan yerlərdə yeni yol yatağı, optimal qırmadaş və qum-çınqıl qarışığından yeni yol əsası inşa edilir.

Sadalanan işlərin ardınca iri və xırda dənəli yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunacaq.

Asfaltlanma işləri bitən küçələrdə hərəkətin normal təşkili üçün yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilişi icra olunacaq, küçə və yollara zəruri yol nişanları, məlumatverici lövhələr quraşdırılmaqla müasir yol infrastrukturu yaradılacaq.
 




Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO