Ötən il DTX 190 cinayət işinin ibtidai istintaqını APARIB 

Hazırda oxunan: Ötən il DTX 190 cinayət işinin ibtidai istintaqını APARIB 

184509

Ötən il Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 340 şəxs barəsində 190 cinayət işinin ibtidai istintaqını aparıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyevin "Respublika" qəzetində dərc olunan məqaləsində qeyd edilib.

O bildirib ki, həmin cinayət işlərindən 27-si dövlətə xəyanət, 12-si casusluq, 7-si dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə, 35-i terrorçuluq, terrorçuluğa hazırlıq və Azərbaycan hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etməklə bağlı olub. Dövlət Təhlükəsizliyi Xidmətində icraatda olmuş cinayət işləri üzrə vurulmuş ziyanın aradan qaldırılması və ya cinayət yolu ilə əldə edilmiş vəsaitlərin dövlət büdcəsi nəfinə müsadirə edilməsi məqsədilə ümumilikdə 175 milyon manatdan artıq pul vəsaitinin ödənilməsi və əmlak üzərinə həbs qoyulması təmin edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO