Şəhid bacısı sektor müdiri TƏYİN EDİLDİ - ÖZƏL/FOTO

Hazırda oxunan: Şəhid bacısı sektor müdiri TƏYİN EDİLDİ - ÖZƏL/FOTO

184439

Zaqatala şəhər Zəfər Murtuzəliyev adına 1 nömrəli tam orta məktəbin direktoru Mehparə Murtuzəliyeva Balakən rayon təhsil sektorunun müdiri vəzifəsinə təyin olunub.

Bu barədə Bizim.Media-nın yerli bürosuna Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, bununla bağlı İdarənin müdiri səlahiyyətlərini icra edən, müdir müavini Günay Mahmudova müvafiq əmr imzalayıb.

Qeyd edək ki, “Tərəqqi” medallı Mehparə Murtuzəliyeva uzun illər şəhid qardaşının adını daşıdığı tam orta məktəbdə müəllim kimi çalışıb. 2022-ci ilin noyabr ayında isə Elm və Təhsil Nazirinin əmri ilə həmin məktəbə direktor təyin edilib.


Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO