Nə axtarsan, burada var... – “Bit bazarı”ndan FOTOREPORTAJ 

Hazırda oxunan: Nə axtarsan, burada var... – “Bit bazarı”ndan FOTOREPORTAJ 

184379

Zamanın tələbinə uyğunlaşmağa çalışan cəmiyyətimiz günü-gündən dəyişən dəblə də ayaqlaşmağa başlayıb. Artıq əksəriyyət alış-verişini ya böyük ticarət mərkəzləri və “mall”lar vasitəsilə, ya da onlayn yolla həyata keçirir.

Ancaq hər nə qədər dövr dəyişsə də, bir məkan var ki, orada sanki heç nə dəyişməyib. Söhbət Bakının Sabunçu qəsəbəsində yerləşən məşhur “bit bazarı”ndan gedir.

Buraya ilk daxil olanda sanki zamanda səyahət edirsən. Çünki hər şey ötən əsrin ortalarını xatırladır. 

El arasında deyirlər ki, “nə axtarsan, “bit bazarı”nda tapa bilərsən”. Elə biz də Sabunçu bazarına gələndə bu deyimin doğru olduğunu gördük. Başqa mağazalarda, bazarlarda tapılmayan bir çox məhsulu “bit bazarı”ndan asanlıqla əldə etmək mümkündür.

Satılan əşyalar arasında geyimlər, kitablar, suvenirlər və digər əşyalar var. 

Bizim.Media-nın əməkdaşının Sabunçu bazarından hazırladığı fotoreportajı təqdim edirik:














































Leyla Qəhrəmanova, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO