Qatildən taksidə şifrəli mesaj: Sürücüyə deyib ki...

Hazırda oxunan: Qatildən taksidə şifrəli mesaj: Sürücüyə deyib ki...

184184

Moskva yaxınlığındakı "Crocus City Hall"da qətliam törətmiş şəxslərə taksi xidməti göstərmiş sürücülər açıqlama verib.

Bizim.Media savaş.org-a istinadla xəbər verir ki, sözügedən taksi sürücüsü terrorçuları onların fotoları mediada yayıldıqdan sonra tanıyıb.

Denis adlı taksi sürücüsü bildirib ki, cinayətkarları terrordan bir neçə gün öncə Moskva ətrafındakı Anadırskaya küçəsindən Selskoxozyaystvennaya qədər aparıb:

"Terrorçular gedişhaqqı olaraq 350 rublu nağd şəkildə ödədilər. Onlar maşında öz ana dilləriində danışırdılar. Amma onların danışıqlarında və davranışlarında şühbəli nəsə hiss etmədim"

Şəmsudin adlı başqa bir taksi sürücüsü isə terrorçulardan birini martın 7-də "Crocus"dan götürərək onu Krasnoqorsk rayonunun Putilkovo kəndinə aparıb:

"O, özünü sakit aparırdı. Söhbət əsnasında dedi ki, "Crocus"da konsertə gəlibmiş, amma konsertdən razı qalmadığlına görə tədbir yekunlaşmamış getmək qərarına gəlib. O, mənimlə rus dilində danışırdı, yanımda telefonla heç kimlə əlaqə yaratmayıb".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO