Suraxanı rayonunda ehtiyatsızlıq bir nəfərin ölümünə səbəb olub.
Bizim.Media apa.az-a istinadən xəbər verir ki, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.
Belə ki, Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanında işləyən 1994-cü il təvəllüdlü Tağıyev Zaur Məhərrəm oğlunu ehtiyatsızlıqdan avtokar vurub. Gənc oğlan aldığı xəsarətlərdən travmatik şok keçirib.
O, xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.
Faktı Suraxanı Rayon Prokurorluğunun əməkdaşları araşdırır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
06:13 / 15.03.2024
Hövsanda işçini avtokar vuraraq öldürüb
Hazırda oxunan: Hövsanda işçini avtokar vuraraq öldürüb
Hazırda oxunan: Hövsanda işçini avtokar vuraraq öldürüb
182652
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.