Bakıda marşrut avtobuslarının sayı 2500-ə çatdırılacaq

Bakıda marşrut avtobuslarının sayı 2500-ə çatdırılacaq

Hazırda oxunan: Bakıda marşrut avtobuslarının sayı 2500-ə çatdırılacaq

182016

Bir il ərzində paytaxt Bakıda 2 milyard səfər edilir, bunun yalnız 28 faizi ictimai nəqliyyatla həyata keçirilir.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev Milli Məclisdə keçirilən “Nəqliyyatın idarə edilməsində yeniliklər və çağırışlar” mövzusunda ictimai dinləmədə deyib.

Agentliyin sədri bildirib ki, ictimai nəqliyyatın keyfiyyətinin yaxşılaşdırılması, əhatəliliyin, sürücülərin və piyadaların mobilliyinin artırılması, həmçinin təhlükəsizliyinin gücləndirilməsi həlli vacib məsələlərdir.

A.Rzayev sərnişindaşımada üstünlüyün taksilərdən daha çox ictimai nəqliyyata verilməsindən danışıb, bunun paytaxtda sıxlığın qarşısının alınmasında rolunu qeyd edib.

Bildirib ki, piyadaların və skuterlərin hərəkətinin mobilliyini artırmaq lazımdır.

“Rəqəmsal əkiz” layihəsindən danışan AYNA-nın rəhbəri diqqətə çatdırıb ki, avtobusların sayının artırılması müsbət nəticəsini göstərib. O, marşrut şəbəkəsinin optimallaşdırılmasının əhəmiyyətini vurğulayıb.
“Hazırda paytaxt Bakıda 2 min avtobus fəaliyyət göstərir və onların sayının 2500-ə çatdırılması daha məqsədəuyğundur”, - deyə Anar Rzayev qeyd edib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO