Son vaxtlar paytaxtda və ətraf ərazilərdə yaşayan pişiklərin həddən çox çəki aldıqları müşahidə edilir. Adətən yaza doğru heyvanlar arıqlayır. Bu da immunitetin zəifləməsi ilə bağlıdır. Ona görə də mart ayında pişiklərin bu qədər kök olması müəyyən suallar doğurur.
Mütəxəssislər hesab edir ki, hazırda paytaxtda, mərkəzi şəhərlərdə, sanatoriyaların ətrafında sahibsiz pişiklərin qidalanması, bala verməsi üçün hər cür əlverişli şəraitin olması onların sayının və çəkilərinin artmasına səbəb olub.
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun Parazitologiya laboratoriyasının aparıcı elmi işçisi Reyhan İbrahimovanın fikirlərini öyrəndik.
O, Bizim.Media-ya açıqlamasında bildirib ki, ümumiyyətlə, pişiklərdə 5 yaşına qədər böyümə prosesi gedir:
“Eyni zamanda əlverişli şəraitlə əlaqədar çəkiləri də artır. Adi hallarda pişiklər 8-12 ilə qədər yaşayır. Pişiklərdə kökəlmənin müşahidə olunması heç bir infeksion və invasion xəstəliklə bağlı deyil.
İnfeksion xəstəlik zamanı pişiklər arasında kütləvi tələfat baş verir. İnvasion xəstəlik zamanı isə (parazit qurdlarla yoluxma) heyvanlar ölmür.
Lakin bəzi parazit qurdlar var ki, onların intensivliyi çox olduqda “kələf” əmələ gətirir və bağırsaq keçməməzliyinə səbəb olur. Bu yalnız toksokarlar, trixinella, bəzi hallarda dipilidiozla yoluxma zamanı baş verir. Bu zaman pişiklərdə bağırsaq ya partlayır, ya da qidalanma prosesi pozulduğundan arıqlayaraq ölürlər”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:30 / 07.03.2024
Həddən artıq kökələn küçə pişikləri infeksiya daşıyıcılarıdır? – AÇIQLAMA
Hazırda oxunan: Həddən artıq kökələn küçə pişikləri infeksiya daşıyıcılarıdır? – AÇIQLAMA
Hazırda oxunan: Həddən artıq kökələn küçə pişikləri infeksiya daşıyıcılarıdır? – AÇIQLAMA
181368
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.