Balakəndə AĞIR QƏZA – 4 nəfər XƏSTƏXANALIQ OLDU 

Balakəndə AĞIR QƏZA – 4 nəfər XƏSTƏXANALIQ OLDU 

Hazırda oxunan: Balakəndə AĞIR QƏZA – 4 nəfər XƏSTƏXANALIQ OLDU 

169290

Səhər saatlarında Balakən rayonunun Talalar kəndi ərazisində iki minik avtomobili toqquşub. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qaysa kənd sakini Ramazan Çopsiyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Talalar kənd sakini Ramazan Qalayçiyevin idarə etdiyi “Daewo” markalı avtomobillər toqquşub.

İlkin araşdırmalar zamanı “Daewo”nun sürücüsünün yol-hərəkət qaydalarına riayət etmədən əsas yola anidən çıxması səbəb olub.

Qəza nəticəsində avtomobillərin sürücülər, eləcə də jiqulidəki sərnişin, Qaysa kənd sakini 27 yaşlı Seymur Qarakişiyev və “Daewo” markalı avtomobildə olan sərnişinlər 70 yaşlı Məmmədrəsul Çovxayev, 44 yaşlı Bahar Cindarova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 
Hadisə yerinə Təcili Tibbi Yardım briqadaları cəlb edilib və yaralılar Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.  

Ramazan Qalayçiyev və Məmmədrəsul Çovxayevin xəstəxanada müalicələr davam etdirilir. Sürücülər və avtomobillərdə olan digər şəxslərə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, həyatı təhlükələri yoxdur.

Faktla bağlı araşdırma aparılır. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO