Cəlilabad sakini Ramil Usubova şikayət etdi

Cəlilabad sakini Ramil Usubova şikayət etdi

Hazırda oxunan: Cəlilabad sakini Ramil Usubova şikayət etdi

168293

Cəlilabad rayon Muğan kənd sakini Əlihüseynova Xanımgül Bayrı qızı Moderator.az-a daxili işlər naziri Ramil Usubova ünvanlanmış şikayət məktubu göndərib.

Məktubunu olduğu kimi təqdim edirik:xa0


"Hörmətli cənab nazir!

Mən Əlihüseynova Xanımgül Bayrı qızı 1939-cu ildə anadan olmuşam. Doqquz uşaq anasıyam. İndi nəvəm-nəticəm var. Sizə bildirmək istəyirəm ki, bu il yanvarın 13-də Cəlilabad rayonundan olan Şahin, Nurlan və Nicat adlı şəxslər yaşadığımız Muğan kəndinə gələrək daha bir kənd sakini Qarayev Şahin Aydın oğlu ilə görüşüblər. Kafedə yeyib-içdikdən sonra oğlum Əlihüseynov Elman Əlihüseyn oğlunu evdən çağırıblar. Onlar oğluma bildiriblər ki, Cəlilabad rayonunda “avtoritet”x9d kimi tanınan Xaqani adlı şəxsə Maşlıq kənd sakini Əmənov Səlim Məmmədhəsən oğlunun pul borcu var bizimlə birlikdə gedək onun nə vaxt pulumuzu qaytarmağı barədə söhbət edək.

Adı çəkilən şəxslər oğlum Elmanla birlikdə Səlim Əmənovun evinə gediblər. Səlim Əmənov həyətə çıxaraq onlarla görüşüb. Səlim Əmənovun həyətində mübahisə düşüb Şahin, Nicat və Nurlan adlı şəxslər Səlim Əmənova bədən xəsarətləri yetiriblər. Oğlum onları sakitləşdirməyə çalışdıqda Səlim Əmənovun adamları oğlum Elmanı döyməyə başlayıblar. Oğlum Elmanla ora gedən Şahin, Nurlan, Nicat və Şahin Qarayev hadisə yerindən qaçıblar.xa0

Səlim Əmənovun həyətində köməksiz qalan oğlum Əlihüseynov Elman möhkəm döyülərək burnu sındırılıb. Hadisənin səhəri günü Səlim Əmənovun polisə şikayətindən sonra Şahin adlı şəxs və Qarayev Şahin Aydın oğlu həbs edildi. Oğlum Elman özü də xəstəxanadan çıxıb polisə getdi. Cəlilabad rayon polis bölməsində işin istintaqını Allahverdi adlı şəxs aparır. Biz müstəntiqin bir tərəfli istintaq işi aparmasından narazıyıq.xa0

Hörmətli cənab nazir!

Cəlilabad rayon polis bölməsi Şahin adlı rayon sakinini və Muğan kənd sakini Qarayev Şahin Aydın oğlunu 10 sutqalıq həbs etdikdən sonra azadlığa buraxdı. Oğlum Əlihüseynov Elman Əlihüseyn oğlunu isə dörd ay azadlıqdan məhrum edərək Kürdəxanı həbsxanasına yolladı. İstintaq davam etdirilir və hələ oğluma rayon məhkəməsində bir neçə illik iş kəsiləcək. Nicat və Nurlan adlı şəxslər isə azadlıqda gəzir və polis onları nədənsə həbs etmir. Nurlan Cəlilabad rayonunda nüfuz sahibi olan doktor Sakitin bacısı oğludur. Onlar istintaqdan gizlənirlər.xa0

Bu hadisəni adı çəkilən şəxslər mənim oğlumla birlikdə törədiblər. Axı niyə rayon polisi onları azadlığa buraxıb, mənim oğlumu həbs edib.

Xahiş edirəm bununla bağlı mənə yardımçı olasınız. xa0
xa0 xa0
xa0 Tel: 070-520-65-35xa0
xa0 xa0 xa0 xa0 xa0 050-445-60-51"


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO