Ərdoğan və Merkel mətbuat konfransında mübahisə etdilər

Ərdoğan və Merkel mətbuat konfransında mübahisə etdilər

Hazırda oxunan: Ərdoğan və Merkel mətbuat konfransında mübahisə etdilər

167397
Almaniyanın xa0Federal Kansleri Angela Merkel Türkiyədəki Konstitusiya dəyişikliyində hakimiyyət bölgüsü prinsipinə təminat verilməsinin zəruriliyini vurğulayıb.
A.Merkel bu sözləri bu gün Ankaraya səfəri çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında deyib.xa0

O bildirib ki, yeni idarəetmə sistemində türk xalqının müdafiə etdiyi demokratik prinsiplər qorunub saxlanılmalıdır.xa0

A.Merkel ATƏT müşahidə missiyasının Türkiyədəki Konstitusiya dəyişikliyinə dair referendumun müşahidəçiliyinə dəvət olunmasını təklif edib.

Mətbuat konfransında İŞİD-dən bəhs olunarkən A.Merkelin “islam terroru”x9d ifadəsi Ərdoğanın etirazına səbəb olub.

““İslam terroru”x9d ifadəsi biz müsəlmanları ciddi şəkildə üzür. Bu ifadədən istifadə olunması doğru deyil. Çünki islamla terror bir araya gələ bilməz. İslam sözünün mənası sülhdür. Bu sözdən lütfən istifadə etməyək. İstifadə edilsə, biz buna qarşı çıxacağıq, çünki səssiz qalmaq bunu qəbul etmək deməkdir. Mən bir müsəlman prezident olaraq bunu əsla qəbul edə bilmərəm”x9d, - deyə Ərdoğan deyib.

Merkel isə cavab olaraq “islam”x9d sözü ilə “islamçı”x9d sözü arasında fərq olduğunu vurğulayıb:xa0

“Din azadlığı mənim üçün çox önəmlidir və bunu demokratiyanın bir parçası olaraq görürəm. Almaniyada müsəlmanların öz ibadətlərini azad şəkildə yerinə yetirmələri üçün əlimizdən gələni edirik. “İslam”x9d sözü ilə “islamçı”x9d sözü arasında fərq var”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO