Elm Tarixi İnstitutunda 20 yanvar faciəsinin anım günü keçirilib

Elm Tarixi İnstitutunda 20 yanvar faciəsinin anım günü keçirilib

Hazırda oxunan: Elm Tarixi İnstitutunda 20 yanvar faciəsinin anım günü keçirilib

165697


Azərbaycan Milli Elmlər Akademiyasının Elm Tarixi İnstitutunda 1990-cı ilin 19-dan 20-nə keçən gecə Bakı şəhərində törədilən 20 yanvar faciəsinin adnım günü keçirilib. Öncə Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İnstitutun direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli çıxış edərək bildirib ki, 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Daha sonra çıxışçı 20 Yanvar faciəsinin xalqımızın milli azadlıq ruhuna qarşı təcavüz, eyni zamanda xalqımızın yaddaşına silinməz faciə kimi yazılmış bu qanlı hadisənin tariximizin qəhrəmanlıq səhifəsi olduğunu qeyd edib.

Natiq, Ulu Öndərin 20 Yanvar hadisəsinə hüquqi-siyasi qiymət verilməsində əvəzsiz rolunu xüsusilə vurğulayaraq bildirib ki, Ümummilli liderimiz Heydər Əliyev 20 Yanvar faciəsi şəhidlərinin ailələrini, əlil olmuş vətəndaşlarımızı hər zaman diqqət mərkəzində saxlayıb. Heydər Əliyev hələ sovet imperiyasının mövcud olduğu bir dövrdə heç nədən çəkinmədən öz millətinin hüquqlarını müdafiə etməyi bacardı. Ulu öndərin diqqət və qayğısını bu gün layiqincə davam etdirən Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycanın müstəqilliyi uğrunda həlak olmuş şəhidlərimizin ailələrinə və sağlamlığını itirmiş şəxslərə daima diqqət və qayğı ilə yanaşır.

Daha sonra instutut əməkdaşları 20 yanvar faciəsi ilə bağlı müzakirələr aparıblar.

Allah rəhmət eləsin
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO